Robot-dayə yaşlıların köməyinə qaçır

Robot-dayə yaşlıların köməyinə qaçır
  15 Oktyabr 2013    Oxunub:1379
Yaşlılara 10 min avroluq robot-dayə.
AzVison.az xarici mətbuata istinadən xəbər verir ki, Avropa Birliyi yaşlı insanların sayının artması, onlara qayğı məqsədilə yeni robotların hazırlanması layihəsini dəstəkləyir. Bu layihə çərçivəsində hazırlanan robotlar yaxın bir neçə ildə evlərdəki yerini alacaq. Təkərli və “yarı insan” robotlar xəstələrə dərmanlarının vaxtını xatırladacaq, onlarla birgə gəzintilərə çıxacaqlar. Robot qayğısına qaldığı yaşlı insanın səhhətində nəsə bir problem baş qaldırarsa, dərhal Təcili Yardıma zəng vurub, yardım da istəyə biləcək. Finlandiya, Fransa, Yunanıstan, İtaliya, Hollandiya, İsveçrə və İngiltərənin də qatıldığı layihə üçün ümumən 2.75 milyon avroluq büdcə təsdiqlənib. Robot yaşlı insanın dərman, qidalanma və digər vərdişlərini öyrənib, özünü ona uyğun proqramlaya bilir. Prototip MOBISERV robotları hazırda 10 min avroyadır. Amma kütləvi istehsal halında qiymətlər yarıya qədər azalacaq.


Teqlər:  





Xəbər lenti