Azərbaycan Gömrük Əməkdaşlıq Şurasının sessiyasında - FOTO
Sessiyanın ilk iş günündə Gömrük Əməkdaşlıq Şurasının 129/130-cu sessiyalarının və 131-ci sessiyasının protokolları təsdiq edilib.
Şura sədri Enrike Kanon çıxış edib və ÜGT-nin Baş katibi Kunio Mikuriyanın hesabatı dinlənilib.
Daha sonra Siyasi Komissiyanın 78-ci və 79-cu sessiyalarında qaldırılmış məsələlərin müzakirəsi başlayıb. Bunlar İqtisadi Rəqabətlilik Paketi üzrə Fəaliyyət Planı, Nəzarət və Hüquq Mühafizə Paketi, Gəlirlər Paketinin III Fazası üzrə Fəaliyyət Planı, SAFE Çərçivə Standartları və aviasiya təhlükəsizliyi kimi siyasi məsələlər olub.
Siyasi məsələlər sırasında elektron ticarət və təhlükəsizlik təşəbbüsü, qanunsuz maliyyə axınları ilə mübarizə, gömrük-vergi əməkdaşlığı, fəaliyyətin qiymətləndirilməsi, Dəyişdirilmiş redaksiyada Kioto Konvensiyası, ÜGT-də əlavə dillərin istifadəsinin öyrənilməsi, 2016/2017-ci - 2018/2019-cu illər üçün Strateji Plan: 2018/2019-cu illər üçün Əməliyyat Planı da nəzərdən keçirilib və Audit Komitəsinin hesabatı dinlənilib.
Bununla yanaşı, texniki məsələlər - tarif və ticarət mövzusunda müzakirələr keçirilib. Bu müzakirələrdən öncə isə ÜGT-nin Tarif və Ticarət Direktorluğunun rəhbəri Ping Liunun hesabatı dinlənilib.
Sessiyanın ilk iş günü nümayəndə heyəti rəhbərlərinin iclası ilə başa çatıb.
İyunun 29-da isə sessiya texniki məsələlər sırasında - nəzarət və asanlaşdırma, potensialın gücləndirilməsi mövzularında müzakirələri davam etdirib.
Birinci məsələ ilə bağlı ÜGT-nin Nəzarət və Asanlaşdırma Direktorluğunun rəhbəri xanım Ana Hinojosa, ikinci mövzuda isə ÜGT-nin Potensialın Gücləndirilməsi Direktorluğunun rəhbəri Ernani Checcuccinin hesabatları dinlənilib.
Bundan başqa, ÜGT-yə üzvolma məsələlərinə də baxılıb.
AzVision.az
Teqlər: Gömrük