Tıxaca səbəb olan yolda hərəkət bərpa olundu

Tıxaca səbəb olan yolda hərəkət bərpa olundu
  30 İyun 2018    Oxunub:1984
Bu gün səhər saatlarından etibarən Bakı-Sumqayıt yolunda nəqluyyatın hərəkətinə qoyulmuş məhdudiyyət nisbətən aradan qaldırılıb.
AzVision.az xəbər verir ki, "20 Yanvar" körpüsü və tuneldə hərəkət bərpa olunub. Bununla da həmin ərazidə yaranan sıxlıq aradan qalxıb.

Artıq körpüdən üzü Xırdalan dairəsinə doğru işlərə start verilib. Təmir işləri bir neçə zolaq üzrə aparılır, digər zolaqlarla hərəkət davam etdirilir. Hazırda həmin ərazidə cəmi 2 zolaqda hərəkət mövcuddur.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Yol   Bakı-Sumqayıt  





Xəbər lenti