Kanadalı parlamentari Dağlıq Qarabağa təsadüfən gedib
AzVsison.az Trend-ə istinadən xəbər verir ki, səfirlikdən verilən məlumata görə, görüş zamanı S.Dion bir müddət əvvəl Suriya qaçqınlarının vəziyyətini öyrənmək üçün Ermənistanda səfərdə olarkən təsadüfən Dağlıq Qarabağa gəlib çıxdığını bildirib. Bununla əlaqədar olaraq, o, heç bir halda Dağlıq Qarabağın müstəqilliyini tanımadığını və oraya səfər edərkən Azərbaycanın qanunlarını pozduğundan xəbərsiz olduğunu vurğulayıb. O, Azərbaycana hörmət etdiyini və ölkəmizin dostu olmaq istədiyini bildirib.
Bundan başqa, S.Dion Azərbaycan səfirliyinə məktub ünvanlayaraq, Ermənistan-Azərbaycan münaqişəsinin ATƏT-in Minsk qrupunun prinsipləri əsasında sülh yolu ilə həllinə dəstəyini və Kanada ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinə töhfə vermək arzusunu ifadə edib.
Teqlər: