Bu gün Stiv Cobs günüdür

Bu gün  Stiv Cobs günüdür
  14 Oktyabr 2013    Oxunub:1455
Dünya Stiv Cobsu interneti insanların cibinə gətirən dahi adlandırır
Stiv Cobsu interneti insanların cibinə gətirən dahi adlandırır. Bu şəxs dünyada məşhur “Apple” şirkətinin qurucusu idi və çoxdan canlı əfsanəyə çevrilmişdi.

O, 1955-ci ilin 24 fevralında Amerikanın Kaliforniya ştatının San-Fransisko şəhərində dünyaya gəlib. Uşaq yaşlarından valideyn himayəsindən məhrum olan Stiv Cobs 1976-cı ildə, 21 yaşında dostu və tərəfdaşı Stiv Voznyakla birlikdə ilk “Apple” personal kompüterini yaradıb. 1984-cü ildə həmin kompüterlər üçün ilk dəfə olaraq “Macintosh” sistemini kəşf edib.

1985-ci ildə özünün yeni kompüter şirkəti olan “Next”i qurub. 1997-ci ildə böyük təkidlərdən sonra Cobs məsləhətçi kimi “Apple” şirkətinə qayıdıb. 2000- ci ildə isə şirkətin idarə heyətinin sədri seçilib və “Apple”nin korlanmaqda olan imicini yaxşılaşdırıb. 2001-ci Stiv Cobs “iPad”ı yaratmaqla musiqi sənayesində əsaslı dəyişikliklər edib. Bu sistemə milyardlarla musiqi parçası yükləmək mümkündür.

2007-ci ildə isə o, məşhur “iPhone” telefonunu yaradıb. 3 il sonra, 2010-cu ildə isə Stiv Cobsun iştirakı, texnologiyanın yeni imkanlarından istifadə etməklə “iPad”ın yeni modeli yaradılıb. 2011-ci ilin avqustunda isə informasiya texnologiyaları dahisi “Apple” şirkətinin sıralarını tərk edib. 2011-ci il oktyabrın 5-i isə Stiv Cobsun həyatında son gün oldu. O, 56 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişdi.

Bu gün bütün dünyada Stiv Cobs günü kimi qeyd edilir. “Apple” sevərlər 2011-ci ilin bu günü bütün “Apple” istifadəçilərini sosial şəbəkələrdə olan əsas şəkillərini Stiv Cobsun şəklilə dəyişməyə çağırmışdılar.


Teqlər:





Xəbər lenti