Gədəbəy sakinini döyüb maşınını qaçırdı

Gədəbəy sakinini döyüb maşınını qaçırdı
  04 İyun 2018    Oxunub:1333
İyunun 3-də Gədəbəy Rayon Polis Şöbəsinə Novo-Saratovka kəndi ərazisindən Sonalar kənd sakini Süleyman Alıyevə məxsus “VAZ-2106” markalı avtomobilin qaçırılması barədə müraciət daxil olub.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil qısa müddətdə kəndin ərazisində şüşələri sındırılmış vəziyyətdə tapılıb.

Görülmüş tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Novo-Saratovka kənd sakini Emin Musayev saxlanılıb. Onun avtomobili qaçırdıqdan sonra şüşələrini daşla sındırması, həmçinin münaqişə zəminində S.Alıyevi döyməsi də müəyyən edilib. Hər iki faktla bağlı rayon polis şöbələrində araşdırmalar aparılır.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti