DİN partlayışla bağlı məlumat yaydı

DİN partlayışla bağlı məlumat yaydı
  22 May 2018    Oxunub:1303
Daxili İşlər Nazirliyi Bakıda baş verən partlayışla bağlı məlumat yayıb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, mayın 21-də saat 15 radələrində Binəqədi rayonu ərazisində Bakı şəhər sakini Əyyub Haqverdiyevə məxsus ümumi sahəsi 15-20 kvm. olan taxta kostruksiyalı çay evində qaz balonunun nasazlığından yanğına keçən ani partlayış baş verib.

Nəticədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb, çay evində olan Şəki rayon sakini Söhrab Saadov və Sumqayıt şəhər sakini Gülənaz İbrahimova hadisə yerində ölüb, Gəncə şəhər sakini Natiq İbrahimov və Abşeron rayon sakini Şəkər İbrahimova yanıq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.

N.İbrahimov orada ölüb, Ş.İbrahimovanın vəziyyəti orta-ağırdır. Araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Partlayış  





Xəbər lenti