Bakıda oğurluq edən yeniyetmə tutulub

Bakıda oğurluq edən yeniyetmə tutulub
  21 May 2018    Oxunub:1226
Bakıda oğurluqla məşğul olan şəxs tutulub.
AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Baş Cinayət Axtarışı İdarəsi və Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 19-dan aprelin 18-dək olan müddətdə rayon ərazisindəki 1 aptekdən, 1 gözəllik salonundan və 1 ofisdən pul, mobil telefon və fotoaparat oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş bir yeniyetmə saxlanılıb. Araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti