Cəlilabadda poçt şöbəsi qarət olunub

Cəlilabadda poçt şöbəsi qarət olunub
  21 May 2018    Oxunub:1540
Cəlilabad Rayon Polis Şöbəsinə mayın 19-na keçən gecə Göytəpə şəhəri ərazisindəki poçt şöbələrinin birindən 17 ədəd videoqəbuledici, 2 ədəd skaner aparatı, 1 ədəd elektrik tənzimləyicisi və dəftərxana ləvazimatlarının oğurlanması barədə müraciət daxil olub.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilib.

Görülmüş tədbirlərlə saxlanılan şəxsin Göytəpə şəhər sakini Məhəmməd Nurullayev olduğu müəyyən edilib. Faktla bağlı RPŞ-də araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti