Daha bir məsciddən oğurluq etdilər

Daha bir məsciddən oğurluq etdilər
  03 May 2018    Oxunub:1203
Masallı rayonunun Aşurlu kənd məscidindəki seyfdən oğurluq etdiklərinə görə tutulmuş Cəlilabad rayon sakinləri, əvvəllər məhkum olunmuşlar - Əli Zeynalovun və Nizami Mahmudovun ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların digər analoji cinayət əməllərinin də üstü açılıb.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, onların aprel ayının 13-də Boradigah qəsəbəsi ərazisindəki məsciddəki seyfdən qapının qıfılını sındırmaq yolu ilə 127 manat pul oğurlamaları da müəyyən edilib. Araşdırmalar aparılır.

AzVision.az


Teqlər: DİN   Məscid  





Xəbər lenti