Keçmiş məhkum yenidən cinayət törətdi

Keçmiş məhkum yenidən cinayət törətdi
  07 Aprel 2018    Oxunub:1270
Aprelin 6-da Yasamal rayonunun A.Şərifzadə küçəsində bir qadına qarşı zor tətbiq edərək soyğunçuluq yolu ilə mobil telefonunu almaqda şübhəli bilinən şəxs 28-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, araşdırmalarla onun paytaxt sakini, əvvəllər məhkum olunmuş Pərvin Aslanov olduğu müəyyən edilib. Faktla bağlı araşdırmalar aparılır.

AzVision.az


Teqlər: DİN   Soyğunçuluq  





Xəbər lenti