29 əcnəbi Naxçıvandan deportasiya edilib

29 əcnəbi Naxçıvandan deportasiya edilib
  06 Aprel 2018    Oxunub:1732
Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər ötən ay da davam etdirilib.
AzVision.az-ın məlumatına görə, mart ayında Dövlət Miqrasiya Xidməti tərəfindən muxtar respublikada olma və yaşama qaydalarına əməl etmədən mövcud qanunvericiliyin tələblərini pozmuş 29 əcnəbi aşkarlanıb. Onlardan 24-ü barəsində Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmə, 5-i barəsində inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılma qərarı qəbul edilib.

Ümumilikdə, ay ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, habelə Azərbaycan Respublikası vətəndaşları tərəfindən 896 müraciət daxil olub. Bu müraciətlərdən 70-i əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərəmüvəqqəti yaşamaq üçün icazənin, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazəsinin verilməsi, eləcə də vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlıdır. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib. Mart ayı ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 826 müraciət qeydə alınaraq icrası təmin olunub. Həmin müraciətlərdən 367-si elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilib.

AzVision.az


Teqlər: Naxçıvan   Miqrasiya   Əcnəbi  





Xəbər lenti