Həşimovu döyüb 3 min pulunu aldılar

Həşimovu döyüb 3 min pulunu aldılar
  05 Aprel 2018    Oxunub:1002
Aprelin 4-də Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə müraciət edən Məhəmmədi qəsəbə sakini T.Həşimov həmin gün saat 1 radələrində qəsəbə ərazisində 4 naməlum şəxs tərəfindən döyüldüyünü və bıçaqla hədələnərək 3000 manatının alındığını bildirib.
AzVision.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, məlumatla əlaqədar təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları qısa zamanda quldurluğu törətməkdə şübhəli bilinənləri müəyyən edərək “isti izlər”lə saxlayıblar.

Araşdırmalarla onların Bakı şəhər sakinləri Cavanşir Şirinov, Həmid Allahverdiyev, Murad Əliyev və əvvəllər məhkum olunmuş Ceyhun İsmayılov olduqları müəyyən edilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Quldurluq  





Xəbər lenti