BQXK ilə əməkdaşlıq sazişinin müddəti uzadıldı - Sərəncam
04 Aprel 2018
Oxunub:933
Prezident İlham Əliyev aprelin 4-də Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında 2000-ci il 1 iyun tarixli Sazişin qüvvədəolma müddətinin uzadılması haqqında Protokolun təsdiq edilməsi barədə sərəncam imzalayıb.
AzVision.az-ın məlumatına görə, sərəncamla Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında 2000-ci il 1 iyun tarixli Sazişin qüvvədəolma müddətinin uzadılması haqqında 2018-ci il fevralın 5-də Bakı şəhərində imzalanmış Protokol təsdiq edilib.