Bakıda iki yük maşını toqquşub, ölən var

Bakıda iki yük maşını toqquşub, ölən var
  04 Aprel 2018    Oxunub:1440
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu ərazisində ”MAN” və "KамАz markalı iki yük avtomobilinin toqquşması barədə məlumat daxil olub.
AzVision.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

"MAN" markalı avtomobilin sürücüsü, 1963-cü il təvəllüdlü Tamaz Dalinzenin (Gürcüstan Respublikasının vətəndaşı) cəsədi xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

AzVision.az


Teqlər: FHN   Qəza   Sürücü  





Xəbər lenti