Yeni medal təsis olundu

Yeni medal təsis olundu
  03 Aprel 2018    Oxunub:961
Azərbaycanda "Gəmiçilik sahəsində xidmətlərə görə" medalı təsis olunub.
AzVision.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında bununla bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanununda dəyişiklik edilib.

"Gəmiçilik sahəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı ilə vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən gəmiçilik sahəsində çalışan işçilər, habelə Azərbaycan Respublikasında gəmiçilik sahəsinin inkişafı və təkmilləşdirilməsində xüsusi rolu şəxslər təltif edilirlər.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Medal  





Xəbər lenti