Dəhşətli avtobus qəzası: 17 ölü, 38 yaralı (FOTOLAR)

  30 Mart 2018    Oxunub : 767
Dəhşətli avtobus qəzası: 17 ölü, 38 yaralı (FOTOLAR)
Türkiyənin Iğdır bölgəsində qaçaq miqrantları aparan mikroavtobus işıq dirəyinə çırpılıb.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, qəzadan sonra nəqliyyat vasitəsində yanğın olub. Nəticədə 17 sərnişin ölüb, 38 nəfər isə yaralanıb.

Məlumata görə, ölən və yaralanan miqrantlar Pakistan və Əfqanıstan vətəndaşlarıdır. Onlar İrandan qanunsuz yolla Türkiyə ərazisinə daxil olublar. Yaralılar İğdır Dövlət Xəstəxanasına çatdırılıb.






Kənan Məmmədov
AzVision.az

Teqlər: Türkiyə   Qəza   Miqrant