Şamaxıda 4, Şabranda 8 otaqlı ev yanıb

Şamaxıda 4, Şabranda 8 otaqlı ev yanıb
  11 Mart 2018    Oxunub:1596
Şamaxı və Şabranda yanğın baş verib.
AzVision.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Şamaxı rayonu, Meysəri kəndində ümumi sahəsi 117 m2 olan birmərtəbəli, 4 otaqlı evin 1 otağının tavanı 18 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Şabran rayonunda ümumi sahəsi 270 m2 olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 16 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. ​

AzVision.az


Teqlər: FHN   Yanğın   Ev  





Xəbər lenti