“Bakı Qida və Yağ Fabriki”ndə tərəfdaşların görüşü baş tutub

“Bakı Qida və Yağ Fabriki”ndə tərəfdaşların görüşü baş tutub
  30 Oktyabr 2024    Oxunub:649
“Azərsun Holdinq”in Yağ və Sous məhsulları direktorluğunun əməkdaşları ilə HORECA satış kanalı üzrə tərəfdaşlarının görüşü keçirilib.
Görüşün ilk mərhələsi adıçəkilən məhsullarının istehsal edildiyi “Bakı Qida və Yağ Fabriki”ndən baş tutub. Qonaqlar fabriki gəzərək istehsal prosesləri ilə yaxından tanış olublar. Eyni zamanda fabrikdə istehsalın ən son texnologiyaların tətbiqi ilə və yüksək gigiyena standartlarına uyğun olaraq həyata keçirilməsi barədə ətraflı məlumat verilib.

Daha sonra görüşdə yeni məhsullar təqdim edilərək tərəfdaşlığın inkişafı, qarşılıqlı faydalı əməkdaşlıq və bazarın tələblərinə uyğun məhsul çeşidlərinin təkmilləşdirilməsi ilə bağlı danışıqlar aparılıb.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti