Nərimanovda “Topaz” qarət edilib

Nərimanovda “Topaz” qarət edilib
  10 Mart 2018    Oxunub:1783
Nərimanov rayonu ərazisində fəaliyyət göstərən “Topaz” mərc oyunları məntəqəsindən oğurluq olub.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, bu barədə DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.

Dərhal hadisə yerinə gələn Nərimanov RPİ 17-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və həmin məntəqədən 85 manat pul, 6 ədəd televizor, 2 ədəd noutbuk və müşahidə kamerasının yaddaş kartının oğurlandığı müəyyən edilib.

DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və 17-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Zaqatala rayon sakini, əvvəllər məhkum olunmuş Elçin Rəşidov olduğu məlum olub. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

AzVision.az


Teqlər: DİN   Oğurluq   Topaz  





Xəbər lenti