Mingəçevirdə sayğac oğrusu saxlanılıb

Mingəçevirdə sayğac oğrusu saxlanılıb
  03 Mart 2018    Oxunub:1874
Mingəçevirdə 6 mənzildən su sayğacları oğurlanıb.
AzVision.az Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yeni Həyat qəsəbəsinin ərazisində Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Kömitəsinin nəzdində olan yaşayış binasındakı 6 mənzilin su sayğaclarını oğurlanması aşkar olunub.

Oğurluqda şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş İlham Ağamalıyev saxlanılıb.

AzVision.az


Teqlər: DİN   Mingəçevir   Oğurluq   Sayğac  





Xəbər lenti