Keçmiş məhkumlardan silah götürülüb

Keçmiş məhkumlardan silah götürülüb
  03 Mart 2018    Oxunub:3064
Bakı sakinlərindən odlu silah götürülüb.
AzVision.az Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, Nərimanov rayon 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Radik Ələsgərovdan 1 ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 5 ədəd patron aşkarlanıb.

Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nurəddin Məmmədovdan da “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron götürülüb.

Hər bir faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Bakı   Silah  





Xəbər lenti