Evdən 12 min dollar oğurlayanlar tutuldu

Evdən 12 min dollar oğurlayanlar tutuldu
  02 Mart 2018    Oxunub:1270
Astarada evdən 12 min dollar oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 28-də rayon ərazisindəki evlərin birindən 12.000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Astara şəhər sakinləri Kənan Bayramlı və Kənan Novruzov saxlanılıblar.

AzVision.az


Teqlər: Oğurluq   Astara   DİN  





Xəbər lenti