3 nəfər köməksiz vəziyyətdə qaldı

3 nəfər köməksiz vəziyyətdə qaldı
  24 Fevral 2018    Oxunub:1672
Paytaxtda liftdə köməksiz qalan 3 nəfər xilas edilib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin(FHN) saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 3 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər.

AzVision.az


Teqlər: Bakı   Nərimanov   Lift   FHN  





Xəbər lenti