Gənclər həm əyləndi, həm qazandı - FOTOLENT

Gənclər həm əyləndi, həm qazandı - FOTOLENT
  02 Fevral 2013    Oxunub:2318
Bu gün Binəqədi Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsi tərəfindən 2 fevral - Azərbaycan Gəncləri günü münasibətilə əyləncəli bayram tədbiri təşkil olunub.
AzVision.az-ın məlumatına görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov gəncləri bayram münasibətilə təbrik edib. Rayon gənclərinin fəallığını yüksək dəyərləndirən icra başçısı deyib ki, onların fəaliyyətini stimullaşdırmaq məqsədilə rayon ərazisində Gənclər Mərkəzi tikilir.
Tədbirdə ictimai, elmi fəallığı ilə seçilən rayonun 5 gənci – Gülşən Haqverdiyeva, Aqşin Hüseynov, Cavanşir Əliyev, Günay Kərimova, Rövşən Cəfərov diplomlarla təltif olunublar.
Rəsmi hissədən sonra səhnə musiqiçilərin ixtiyarına verilib. Eurovision musiqi yarışmasının qalibi Səbinə Babayeva, Eurovision təmsilçimiz Eldar, tanınmış estrada ulduzları Zamiq, Natəvan Həbibi, Sevda Yəhyayeva və digər sənət adamları öz müsiqiləri ilə gənclərin zövqünü oxşayıblar. Həmçinin, rayonun 11 saylı musiqi məktəbinin balaca fidanları öz məharətlərini göstəriblər.
Qeyd edək ki, tədbir müddətində lotereya oynanılıb. Lotareya qaliblərinə mobil telefon, iPod və DVD hədiyyə edilib.

Jalə Tofiqqızı,

Elnur Abdulla

Qalereya




Teqlər:  





Xəbər lenti