Britaniyalı deputatlar İlham Əliyevdən razıdırlar

Britaniyalı deputatlar İlham Əliyevdən razıdırlar
  27 Sentyabr 2013    Oxunub:1204
Böyük Britaniya parlamentariləri arasında keçirilən sorğuda respondentlərin 72 faizi İlham Əliyevin fəaliyyətini müsbət qiymətləndirib.


Britaniyanın nüfuzlu "Dods Polling" təşkilatı Birləşmiş Krallığın Parlamentinin 100 deputatı arasında sorğu keçirib. Böyük Britaniyanın nüfuzlu sorğu təşkilatı "Dods Polling" Birləşmiş Krallıq Parlamentinin 100 millət vəkili arasında sorğu keçirib. Sorğu Parlamentin İcmalar Palatasının partiya, region və gender tərkibinə uyğun olaraq paritet əsasında keçirilib.

AzVision.az-ın məlumatına görə, respondentlərin 72 faizi Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətini müsbət qiymətləndirib, onun Qərbin və xüsusilə də Böyük Britaniyanın etibarlı müttəfiqi və Avropaya inteqrasiyaya dəstək verən lider olması fikrini ifadə ediblər.

BMT Təhlükəsizlik Şurasının erməni işğalçı qüvvələrini Azərbaycanın suveren torpaqlarından geri çəkilməyə çağıran 822, 853, 874 və 884 saylı qətnamələri ilə bağlı suala böyük əksəriyyət qətnamələrin icra və tətbiq edilməsinin labüd olması cavabını verib.

Həmin sualı cavablandıran millət vəkillərinin müsbət rəyi mənfi rəydən 18 dəfə çox olub ki, bu da öz növbəsində BMT-yə, Azərbaycanın ərazi bütövlüyünə və məcburi köçkünlərin hüquqlarına olan güclü dəstəyi əks etdirir. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin həyata keçirilmədiyi müddətdə Azərbaycanda olan bir milyona yaxın qaçqın və məcburi köçkün öz doğma yurdlarına qayıtmaq iqtidarında deyil.

Respondentlərin 94 faizi Transadriatik qaz kəmərinin (TAP) Avropanın enerji təhlükəsizliyini gücləndirəcəyinə əmin olduqlarını bildirib.

"Dods Polling" Britaniya və Avropada sorğu, siyasi informasiya təhlili və ictimai kommunikasiya platformalarının yaradılması və inkişafı üzrə fəaliyyət göstərən ən təcrübəli təşkilatlardandır.

AzVision.az


Teqlər:  





Xəbər lenti