Bolqarıstan ordusu rüsvay oldu

Bolqarıstan ordusu rüsvay oldu
  27 Sentyabr 2013    Oxunub:1279
Bu ölkənin müdafiə naziri Angel Naydenov vəzifəsinə təyin olunmasından 100 gün sonra açıqladığı hesabatda inanılmaz faktlar açıqlayıb.
Sən demə, Bolqarıstan ordusunda havaya qalxmaq gücündə olan heç bir hərbi təyyarə yoxdur. Silahlı qüvvələrdə olan "Miq-29" döyüş təyyarələrinin baxımsızlıqdan çürüdüyünü deyən nazir sözlərinə belə davam edib: "Bu təyyarələrin yararlı hala salınması üçün 75 milyon avro lazımdır.

İstifadə müddəti 2029-cu ildə başa çatacaq "Miq-29" təyyarələrini həmin vaxta qədər hazır vəziyyətdə saxlamaq üçün isə nə az, nə çox - 250 milyon avro lazımdır". Müdafiə naziri qeyd edib ki, Bolqarıstan ordusunun hazırkı vəziyyətə düşməsində əsas günahkar keşmiş baş nazir Boyko Borisovdur. Çünki, o vacib məsələləri saxlayaraq, boş şeylərə pul ayırıb. Bu məlumatdan heyrətə gələn Bolqarıstan sakinləri isə özlərini təhlükədə hiss etdiyini bildirir. Çünki, Avropada müharibə başlasa, onları müdafiə edəcək hər hansı təyyarə tapılmayacaq.


Teqlər:  





Xəbər lenti