Argentinaya meteorit düşdü

Argentinaya meteorit düşdü
  27 Sentyabr 2013    Oxunub:807
Argentinada meteoritin yerə düşmə anı saniyəbəsaniyə qeydə alınıb.
Avtomobilə yerləşdirilən müşahidə kamerasından meteoritin atmosfer təbəqəsinə sürtünməsi nəticəsində meydana çıxan enerjinin ətrafı necə işıqlandırdığı aşkar görünür. Bir anlıq gecə gündüzlə əvəzlənsə də, bir neçə saniyədən sonra hər şey normal vəziyyətinə qayıdıb.

Maraqlıdır ki, meteorit kifayət qədər iri həcmdə olsa da, onun qalıqları tapılmayıb. Argentina vətəndaşları isə belə mənzərələrə artıq alışıb. Qeyd edək ki, sonuncu dəfə Argentinada meteroit bir konsert zamanı yerə düşüb.


Teqlər:  





Xəbər lenti