Bəyannamə təsdiq edildi
Dövlət başçısı, həmçinin 2013-cü il avqustun 11-də Bakı şəhərində qəbul edilmiş "Azərbaycan Respublikası Prezidentinin və İtaliya Respublikası Baş nazirinin enerji sahəsində əməkdaşlıq haqqında Birgə Bəyannaməsi"ni təsdiq edib.
Nazirlər Kabinetinə Birgə Bəyannamənin müddəalarının həyata keçirilməsi üçün zəruri tədbirlər görmək tapşırılıb.
Azərbaycan Prezidenti 2013-cü il avqustun 15-də Qəbələ şəhərində imzalanmış "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzv dövlətlərinin Xarici İşlər Nazirlikləri arasında Əməkdaşlıq Protokolu"nun təsdiq edilməsi haqqında da fərman imzalayıb.
Azərbaycan Xarici İşlər Nazirliyi Əməkdaşlıq Protokolunun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
Teqlər: