12 nəfər atışmada öldü

12 nəfər atışmada öldü
  27 Sentyabr 2013    Oxunub:1066
Hindistanın Kəşmir vilayətində 12 nəfər atışmanın qurbanı olub
Hindistanın Kəşmir vilayətində silahlılarla polis arasında baş vermiş atışma nəticəsində 12 nəfər ölüb.

AzVision.az-ın “BBC”yə istinadən verdiyi xəbərə görə, yerli qurumların açıqlamasına əsasən, sentyabrın 26-da bir qrup polis geyimli silahlı şəxs polis məntəqəsini atəşə tutub, sonra isə yaxınlıqdakı hərbi bazaya hücum edib.

Qeyd edək ki, qeyd olunan obyektlər Pakistanla sərhədin yaxınlığında yerləşir. Hərbi bazada atışma bir neçə saat davam edib.

Hindistanın baş naziri Manmoxan Sinqx hücumun “barbarlar” tərəfindən törədildiyini və Hindistan və Pakistan dövlət başçılarının bazar gününə planlaşdırılmış görüşünün pozmaq məqsədilə törədildiyini bildirib.


Teqlər:





Xəbər lenti