QAT-ın Türkiyədə tədbiri
Alyans üzvləri daha sonra Milliyyətçi Hərəkat Partiyasının (MHP) başqan yardımçısı Toğrul Türkeş və İğdır millət vəkili Sinan Oğanla görüşüblər. Görüşdə Qarabağ münaqişəsi əsas müzakirə mövzusu olub. QAT sədri Akif Nağı təmsil etdiyi təşkilatın mövqeyinin millət vəkillərinə çatdıraraq qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi yalnız hərbi yolla azad oluna bilər və bunun üçün Azərbaycanın kifayət qədər güclü ordusu var: “Qardaş ölkə olaraq Türkiyədən istəyimiz bizə bu sahədə dəstək olmasıdır. İkitərəfli əlaqələr genişləndirilməli, Qarabağ münaqişəsinə dair müzakirələr, seminarlar təşkil olunmalıdır”.
T. Türkeş isə öz növbəsində bildirib ki, Türkiyədə bütün siyasi partiyalar Qarabağ probleminin həlli məsələsində həmfikirdir. Onun sözlərinə görə, Qərb dövlətləri Qarabağ münaqişəsinin həllində kifayət qədər iş görmürlər və hətta bu problemin həllini istəmirlər.
Sonra alyans üzvləri hakimiyyətdəki Ədalət və İnkişaf Partiyasının (AKP) Manisa millət vəkili Hüseyin Tanrıverdi ilə görüşüblər. Dağlıq Qarabağ münaqişəsinə toxunan H. Tanrıverdi bəyan edib ki, ermənilər işğal etdikləri ərazilərdən dərhal çıxmalıdır: “Qarabağ problemi Türkiyənin ürəyinə saplanmış bir xəncərdir. Türkiyə Qarabağ probleminin həlli istiqamətində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir”.
Sonr Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin məzarı və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün mavzoleyi ziyarət edilib.
Teqlər: