İranın nüvə problemi 3-5 aya həll ediləcək

İranın nüvə problemi 3-5 aya həll ediləcək
  26 Sentyabr 2013    Oxunub:1125
İran prezidenti Həsən Ruhani nüvə böhranını 3-6 ay ərzində həll etmək niyyətində olduqlarını açıqlayıb.
Bu barədə, dövlət başçısının özü, Vaşinqton Posta müsahibəsində açıqlama verib. Qərblə nüvə danışıqları aparmaq üçün Ayətulla Əli Xamneyinin ona tam səlahiyyət verdiyini deyən Ruhani məqsədlərinin qısa bir vaxtda Qərblə Tehran arasındakı fikir ayrılıqlarını aradan qaldırmaq olduğunu bildirib. "PBS"-ə müsahibəsində isə İran prezidenti amerikalı həmkarı Barak Obama ilə görüşdən niyə imtina etməsinə dolayı yolla aydınlıq gətirib.

İranla ABŞ arasında münasibətlərin 35 il əvvəl kəsildiyinə diqqət çəkən Ruhani deyir ki, görüş xatirinə danişıqlar aparmaq onun üçün heç bir məna ifadə etmir. Söhbət 35 ildir aralarında heç bir münasibət olmayan iki dövlətdən gedir. Məlum məsələdir ki, belə bir görüş olacaqsa bunun üçün hazırlıq işləri görülməlidir. Düşünürəm ki, İran və ABŞ prezidentləri arasında görüşün baş tutması üçün prinsiplər olmalıdır. Bundan daha əhəmiyyətlisi isə odur ki, bu görüş hər hansı bir nəticə verməlidir.

S.Həsənova
AzVision.az




Teqlər:





Xəbər lenti