AHİK bədbəxt hadisələrlə bağlı statistika hazırlayır
Onun sözlərinə görə, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası əməyin mühafizəsi istiqamətində bir sıra tədbilər həyata keçirir: “Sovet dövründə mütəmadı olaraq, iş yerlərində əməyi mühafizəsi əilə bağlı ildə iki-üç dəfə yoxlamaların aparılması ilə bərabər maarifləndirmə tədbirləri də həyata keçirilirdi. Əməyin mühafizəsi insanları düşündürən ən mühim məsələlərdən biridir. Hazırda da bu cür tədbirlər davam etdirilir”.
Səttar Mehbalıyev bildirib ki, iş yerlərində zamanında təhlükəsizlik qaydalarına riayət edilmədikdə bədbəxt hadisələr baş verir və bu hadisələr vətəndaşların narahatlığına səbəb olur.
AHİK sədri sahibkarlara müraciət edib: “Hər kəs iş yerlərində bədbəxt hadisələrin baş verməməsi üçün təhlükəsizlik qaydalarına riayət etməli, qabaqlayıcı tədbirlər həyata keçirməli, işçilər üçün normal iş şəraiti qurulmalıdır. Azərbaycanda əməyin mühafizəsi ilə bağlı beynəlxalq təşkilatlarda lazım olan konvensiyalara qoşulub və bunu qəbul edib. Bunun üçün AHİK-a üzv olan bütün təşkilatlar və o cümlədən müvafiq dövlət qurumları (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər qurumlar) maarifləndirmə tədbirlərini davam etdirir”.
S.Mehbalıyev qeyd edib ki, AHİK tərəfindən nə qədər bədbəxt hadisənin baş verməsi ilə bağlı statistika hazırlanır: “Eyni zamanda statistikada əsasən əmək qanununun pozulması, qeyri-qanuni işdən azad olunmalar, məhkəmə və ya digər vasitələrlə işə bərpa olunma təhlil olunub və bunun üçün toplantı keçiriləcək”.
Sevinc İltifatqızı
Teqlər: