Xaricdə oxuyan gənclərimiz bu ixtisasları seçir - SİYAHI

Xaricdə oxuyan gənclərimiz bu ixtisasları seçir -  SİYAHI
  26 Sentyabr 2013    Oxunub:1349
Təhsil Nazirliyi bu il xaricdə oxumaq üçün sənəd verən gənclərin daha çox hansı ixtisaslara maraq göstərdiklərini açıqlayıb.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, 2013-2014-cü tədris ilində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün müraciət edən gənclərimiz daha çox iqtidasiyyat, tibb, mühəndislik, informasiya texnologiyaları və turizm ixtisas istiqamətlərinə maraq göstərirlər.

Həmçinin 1 nəfər azərbaycanlı gənc qədim dillər ixtisas istiqaməti üzrə Kanadanın Manitoba Universitetində bakalavr səviyyəsi üzrə təhsil almaq hüququ qazanıb.

AzVision.az



Teqlər:  





Xəbər lenti