İkitərəfli müqavilələr imzalandı
AzVision.az xəbər verir ki, imzalanma mərasimində ATİAHİ Respublika Komitəsinin sədri, millət vəkili Səttar Mehbalıyev qonaqlara Azərbaycanda həmkarlar təşkilatlarının fəaliyyəti ilə bağlı məlumat verib. S.Mehbalıyev həmçinin Azərbaycanın uğurla təhsil siyasətindən də danışıb: “Ölkəmizdə hər il yeni-yeni məktəb binaları tikilir, uşaqlarımızın təhsilli, sağlam vətəndaş kimi yetişdirilməsi üçün hərtərəfli şərait yaradılır. Azərbaycanın 20 faiz torpaqlarının Ermənistan dövləti tərəfindən işğal olunması nəticəsində 1 milyondan artıq vətəndaşımız doğma yurd-yuvasından didərgin düşüb, minlərlə təhsil müəssisəsi işğalçılar tərəfindən dağıdılıb”.
Sonra elm və təhsil işçilərinin sosial, iqtisadi, əmək hüquqlarının qorunması və s. məsələlərlə bağlı ikitərəfli əməkdaşlıq müqavilələri imzalanıb.
Sevinc İltifatqızı
Teqlər: