Sudandan Azərbaycana dəstək

Sudandan Azərbaycana dəstək
  26 Sentyabr 2013    Oxunub:1112
Sudan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində daim Azərbaycanın yanında olacaq
BMT Baş Məclisinin 68-ci sessiyasında iştirak edən Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda sudanlı həmkarı Əli Əhməd Karti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə nazir Elmar Məmmədyarov Sudanın Bakıdakı səfirliyinin fəaliyyətinin bərpa edilməsinin iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyini bildirib.

Öz növbəsində Əli Əhməd Karti Azərbaycanın Sudanı dəstəklədiyinə və xüsusilə BMT Təhlükəsizlik Şurası çərçivəsində göstərdiyi dəstəyə görə təşəkkürünü bildirdi, ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində daim Azərbaycanın yanında olacağını qeyd etdi.

Sudan dövlətinin Azərbaycan ilə bütün sahələrdə, xüsusən də investisiya yatırımında əməkdaşlığa hazır olduğunu deyən sudanlı nazir, azərbaycanlı iş adamlarından ibarət biznes missiyasının təşviq olunmasını xahiş etdi.
Nazir Elmar Məmmədyarov Azərbaycanın da Sudan ilə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu dedi və iki ölkə arasında biznes missiyalarının mübadiləsinin həyata keçirilməsini təklif etdi.


Teqlər:  





Xəbər lenti