Prezident yarımstansiyanın açılışında
AzVision.az xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev əsaslı şəkildə yenidən qurulan müasir tipli yarımstansiyada yaradılan şəraitlə tanış oldu.
Prezident İlham Əliyev yarımstansiyada ulu öndər Heydər Əliyevin elektroenergetikanın inkişaf etdirilməsi istiqamətində göstərdiyi fəaliyyəti əks etdirən fotoguşəyə baxdı.
"Bakıelektrikşəbəkə" ASC-nin İdarə heyətinin sədri Baba Rzayev yarımstansiyada görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verdi.
İnşa olunan yarımstansiyaların əvvəlki vəziyyətini və yenidənqurmadan sonra yarımstansiyaların birləşmə sistemindən bəhs edən görüntülər nümayiş etdirildi.
Dövlətimizin başçısı Dispetçer İdarəetmə Mərkəzindən kompyuter vasitəsilə yarımstansiyanı işə saldı.
Prezident yarımstansiyanın ayrı-ayrı sahələrində yaradılan şəraitlə yaxından tanış oldu.
Yarımstansiyada yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev kollektivlə görüşdü.
"Bakelektrikşəbəkə"nin kollektivi adından çıxış edən Baxış Babayev elektrik enerjisi sektorunda əldə olunan böyük uğurlara görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.
Prezident İlham Əliyev bu sahənin daha da inkişaf etdirilməsi ilə bağlı gələcəkdə də ardıcıl tədbirlərin həyata keçiriləcəyini vurğuladı.
Teqlər: