Erkin Qədirli AXCP-yə cavab verdi

Erkin Qədirli AXCP-yə cavab verdi
  25 Sentyabr 2013    Oxunub:1460
REAL Hərəkatının Məclis sədri Erkin Qədirli Facebook statusunda AXCP mətbuat xidmətinin rəhbəri Natiq Adilovun iddialarını cavablandırıb.
AzVision.az xəbər verir ki, Ədilovun son statusuna cavabında Erkin Qədirli deyib ki, İlqar Məmmədovun məzlum durumda olması və ətrafındakıların bundan istifadə etməsi həqiqətə uyğun deyil.

Erkin Qədirlinin statusunu olduğu kimi təqdim edirik:
“Belə şeyləri qəzetlər yazmasaydı, cavab verməyə də ehtiyac olmazdı. Digər tərəfdən, "Yeni Müsavat" qəzetinin hər yazdığına da inanmaq olmur. Odur ki, bilmirəm, burada yazılan doğrudur, ya yox. Doğrudursa, onda deyim. Birincisi, İlqar Məmmədovun durumu məzlum deyil. Biz "özünü qurbana çevirmə" üsulundan istifadə etmirik. İkincisi, İlqar Məmmədov ReAl-ı idarə etmir ki, ona şikayət məktubu yazasan. ReAl-ı İdarə Heyəti idarə edir, İlqarın da orada yalnız bir səsi var. Natiq Ədilov şikayət məktubu yazmaq istəyirsə, ReAl-ın İdarə Heyətinə yazsın. İlqar Məmmədovun vəkili və ReAl-ın İdarə Heyətinin üzvü Xalid Bağırov, məktubu Kürdəxanıya çatdırıb, İlqar Məmmədovu məlumatlandıracaq. Ümid edirəm ki, İlqar Məmmədov həmin məktubu hirsli vaxtında oxumayacaq, çünki, belə olan halda, cavabı Natiq Ədilovu məyus edəcəyinə əminəm.

Üçüncüsü, mənim mitinq barəsində yazdıqlarım ReAl-ın mövqeyi deyil, şəxsi təəssüratımdır. ReAl-ın və ya İlqar Məmmədovun imicinə qətiyyən mənfi təsir göstərmir.

Beşincisi, İlqar Məmmədovun ətrafı pisdirsə, onda, belə deyək, məndən də "pis bir adam" ReAl-a qoşulduğunu bugün elan edib - professor Rəhman Bədəlov.

Natiq Ədilov bloklistimdədir, ona deyin ki, İlqar Məmmədova məktub yazanda bunları nəzərə alsın. Hərçənd, o ümumiyyətlə belə bir məktub yazmaq fikrinə düşübsə, demək çətin belə şeyləri nəzərə almaq həvəsində olsun.

Hər halda, ümid etmək istəyirəm ki, qəzət yanlış məlumat verib və Natiq Ədilov belə bir məktub yazmaq fikrində deyil.
Üstəlik, qəzetdəki başlıq da kökündən yanlışdır. ReAl və AXCP arasında heç bir qalmaqal yoxdur”.

Qeyd edək ki, AXCP mətbuat xidmətinin rəhbəri İlqar Məmmədovun ətrafındakıları onun vəziyyətindən sui-istifadə etməkdə günahlandırıb: “Həqiqət budur: İlqar Məmmədov yaxşıdır, ətrafı pis. REAL-çılar İlqar bəyin məzlum durumundan sui-istifadə edib o kişinin imicini xərcləyirlər. Mən sabah onların pozucu əməlləri barədə İlqar bəyə məktub yazmağı düşünürəm”.




Teqlər:  





Xəbər lenti