Putin niyə Sarkisyandan qaçır?

Putin niyə Sarkisyandan qaçır?
  25 Sentyabr 2013    Oxunub:1360
Bu günlərdə erməni mətbuatı bu suala cavab tapmağa çalışır.
“Ermənistanın xarici siyasət istiqamətini dəyişdirərək iti addımlarla Rusiyaya-Gömrük İttifaqına doğru irəliməsinə baxmayaraq, Vladimir Putinlə Serj Sarkisyanın münasibətlərində heç olmazsa görüntü xətrinə belə istiləşmə hiss olunmur. Moskvada erməni kilsəsinin açılışında Putinlə Sarkisyan heç görüşmədilər belə. Putin mərasimə gəlmədi. Sonradan məlum oldu ki, prezidentlər heç Soçidə KTMT-nin toplantısı çərçivəsində də görüşməyiblər. Dünən isə məlum oldu ki, Vladimir Putin Qırğızıstan prezidenti Almazbek Atambayev və Belarusun dövlət başçısı Aleksandr Lukaşenko ilə təkbətək görüşüb. Onun Sarkisyanla söhbətə vaxtı olmayıb. Bəs görəsən Putini sarkisyanı görmək istəməsinin səbəbi nədir. Niyə Putin Sarkisyandan qaçır?” –deyə Ermənistanın Joxovurd qəzeti yazır.

Səbinə Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti