Nazirlik: “Baytarlara tapşırıq verilib”

Nazirlik: “Baytarlara tapşırıq verilib”
  25 Sentyabr 2013    Oxunub:1154
Qurban bayramı ilə bağlı baytarlara artıq tapşırıqlar verilib.
AzVision.az-a bu sözləri Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev məlumat verib. Onun sözlərinə görə, ət kəsilən yerlərə nəzarət etmək üçün artıq Nazirlik tərəfindən baytarlara tapşırıqlar verilib: “Nazirlik tərəfindən artıq hazırlıqlara başlanılıb. Baytarlara da tapşırıqlar verilib ki, ət kəsilən yerlərə nəzarət etsinlər”.

Nazirlik rəsmisi yarmarkaların harada təşkil olunacağı ilə bağlı isə bildirib ki, bu barədə yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, bu il Qurban bayramı oktyabrın 15, 16 tarixlərinə təsadüf edir. İqtisadi İnkişaf Nazirliyindən bildiriblər ki, bu ildə Qurban bayramında diri heyvanların satış yarmarkası keçiriləcək və yarmarkalar Bakının müxtəlif yerlərində təşkil olunacaq.

Sevinc İLtifatqızı


Teqlər:





Xəbər lenti