İsa Hüseynovun xanımı danışdı

İsa Hüseynovun xanımı danışdı
  25 Sentyabr 2013    Oxunub:1708
Ürək və böyrək çatışmazlığından əziyyət çəkən xalq yazıçısı İsa Hüseynovun vəziyyəti yaxşıdır. Yazıçı hazırda müalicəsini davam etdirir.

Bu barədə AzVision.az-a açıqlamasında İsa Hüseynovun xanımı Firuzə Hüseynova məlumat verib. Onun sözlərinə görə, İ.Hüseynov Bakıda, həkim nəzarəti altındadır:

`Hazırda Bakıda evdədir, müalicə alır. Dünən rayondan gəlmişik. Xəstəxanada yatmağa özü razı deyil. Həm də indi əvvəlki günlərə nisbətən özünü yaxşı hiss edir. Yataq rejimində deyil, sərbəst hərəkət edə bilir. Müalicəsinin bütün xərclərini özümüz çəkirik`.

Yazıçının səhhəti ilə kimlərin maraqlanmasına gəlincə, F.Hüseynova bildirib ki, yazıçı Anar zəng edib :`Rayonda olanda zəng edirdilər, maraqlanırdılar, hələ təzə gəlmişik, çox adamın xəbəri yoxdur. Anar zəng etmişdi.`

Qeyd edək ki, İsa Hüseynov 1928-ci ildə Ağstafanın Muğanlı kəndində anadan olub. Ədəbi fəaliyyətə 1949-cu ildə "İnqilab və Mədəniyyət" qəzetində çap edilən "Ana dil oxuyan yerdə" yazısı ilə başlayıb. “Məhşər” , “İdeal”, “Qəbiristan” “Tütək səsi” və s. əsərlərin müəllifidir.

Nihadə



Teqlər:  





Xəbər lenti