Keniyada həlledici terror əməliyyatı

Keniyada həlledici terror əməliyyatı
  24 Sentyabr 2013    Oxunub:1285
Keniyanın xüsusi təyinatlılarının paytaxt Nayrobidə ticarət mərkəzini terrorçulardan təmizləmək üçün əməliyyatın həlledici mərhələsi uğurla başa çatıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə artıq bütün girovlar azad edilib, terrorçular isə ölü ələ keçirilib. Hazırda binada Əş-Şəbab terrorçularının ola biləcəyi ehtimalı araşdırılır. Ötən axşamdan son hücuma hazırlaşan xüsusi təyinatlılar binanı mərtəbə-mərtəbə azad edib. Əvvəlcə ticarət mərkəzi alovlara qərq olsa da, sonradan vəziyyət nəzarətə götürülüb. Bundan sonra binada partlayış və atışma səsləri eşidilib. Qeyd edək ki, rəsmi məlumatlara görə silahlı şəxslər ümumilikdə 62 dinc adamı qətlə yetirib, 170 nəfər isə yaralanıb. Onların əksəriyyəti əcnəbi turistlərdir. Terrorçular hadisələri işıqlandıran jurnalistləri də hədəfə alıb. Onu da qeyd edək ki, əməliyyatlara İsrail və Amerika Birləşmiş Ştatlarının antiterror dəstələri də dəstək verir. Məsələ burasındadır ki, həmin ticarət binası yəhudi iş adamına məxsusdur.

AzVision.az


Teqlər:  





Xəbər lenti