Əsgərimiz dəfn olundu

Əsgərimiz dəfn olundu
  02 Mart 2013    Oxunub:1671
Mərhum doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılıb.
Azərbaycan Ordusunun Şəmkir hərbi birləşməsinin Qazax rayonunda yerləşən hərbi hissəsinin intihar etmiş əsgəri, Göyçayın Kürdəmiş kənd sakini Allahverdiyev Seymur Mürvət oğlu dəfn olunub.

APA-nın məlumatına görə, mərhum doğulduğu Kürdəmiş kənd qəbiristanlığında torpağa tapşırılıb.

Xatırladaq ki, mərhumun meyiti dünən səhər saatlarında rayona gətirilərək qohumlarına təhvil verilib, lakin onun Rusiyada olan valideynləri və qardaşı kəndə bu gün gəldiyinə görə, dəfn mərasimi bu gün saat 12:00-a təyin olunub. Əsgərin atası Mürvət Allahverdiyev meyitin yenidən tibbi ekspertizadan keçirilməsini tələb edib. Valideynləri övladlarının odlu silahdan açılan güllə ilə ölmədiyini, onun avtomatın qundağı və ya küt alətlə döyülərək öldürüldüyünü iddia ediblər. Ona görə də dəfn saat 12-də baş tutmayıb.


Teqlər:  





Xəbər lenti