Ukrayna Rusiyanın ən yaxşı XTQ komandirlərindən birini məhv edib

   Ukrayna Rusiyanın ən yaxşı XTQ komandirlərindən birini məhv edib
  24 Fevral 2025    Oxunub:277
“Axmat” Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) komandiri Apti Alaudinov xüsusi təyinatlı batalyonlardan birinin rəhbəri olan "Şustrıy" çağırış nişanlı Zelimxan Batukayevin ölməsi barədə məlumat yayıb.
O, Telegram kanalında paylaşım edərək deyib ki, kombat rusların Xüsusi Hərbi Əməliyyat (SVO) adı verdikləri Ukrayna müharibəsi zamanı ölüb.

"Axmat" rəhbərinin sözlərinə görə, Batukayev Rusiya ordusunun ən yaxşı komandirlərindən biri imiş.

Rusiyanın daha bir yüksək rütbəli hərbçisi öldürülüb
Yayılan videomürüciətdə Alaudinov yüksək rütbəli zabitin beyninə qan sızması səbəbindən öldüyünü deyir. Bu isə Ukrayna mediasında birmənalı qarşılanmayıb. Apti həmçinin Batukayevin üç gecə yuxusuz qaldığı üçün beyninə qan sızdığını iddia edib. Bəzi ukraynalı ekspertlər bunu gülməli iddia adlandırıblar.

"Gazeta" hadisə ilə bağlı yazıb: "Xüsusi təyinatlı zabit dünən, fevralın 23-də ölüb. Hazırda həkimlər batalyon komandirinin ölümünün dəqiq səbəbini müəyyənləşdirirlər".

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bu günə kimi xeyli sayda yüksək rütbəli hərbi məmur və zabit öldürülüb. Onların arasında daha çox Rusiya generallarının olması diqqət çəkir.

Rusiya hətta döyüş bölgəsindən kənarda Moskvada da general itirir. Dekabr ayında Ukrayna xüsusi xidmət orqanlarının təşkil etdiyi sui-qəsd nəticəsində Rusiya Federasiyası Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi, general-leytenant İqor Kirillov və onun köməkçisi öldürüldü.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   XTQ   Komandir  





Xəbər lenti