“Windows 7”-nin ömrü uzadıldı

“Windows 7”-nin ömrü uzadıldı
  19 Sentyabr 2013    Oxunub:1329
“Microsoft” şirkəti “Windows 7” əməliyyat sisteminin nə vaxta qədər dəstəklənəcəyini rəsmən açıqlayıb.
Elan edilib ki, sözügedən əməliyyat sisteminin dəstəklənməsi, planlaşdırıldığı kimi, 2015-ci ildə bitəcək. Lakin genişləndirilmiş dəstək 2020-ci ilədək davam edəcək.

Bununla belə, artıq bu il oktyabrın 26-dan mağazalardan əvvəlcədən “Windows 7” əməliyyat sistemi quraşdırılmış kompüter və noutbuklar çıxarılacaq. Məhz bu gündən etibarən yalnız “Windows 8” (ƏS) quraşdırılmış və ya yenilənmiş “Windows 8.1” ilə olan qurğuların satışına icazə veriləcək.


Teqlər:





Xəbər lenti