4 nəfərin öldüyü qəza ilə bağlı rəsmi məlumat

4 nəfərin öldüyü qəza ilə bağlı rəsmi məlumat
  10 Oktyabr 2017    Oxunub:1612
Daxili İşlər Nazirliyi Sabirabad rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.
AzVision.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 9-da saat 7 radələrində Sabirabad rayonunun Qaratəpə kəndi ərazisində Füzuli rayon sakini Nəriman Mustafayevin idarə etdiyi “Mercedes” və İmişli rayon sakini Mövsüm Rəsulovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub.

Nəticədə N.Mustafayev və sərnişinlərindən həmyerliləri Səxavət Rəsulzadə və Elsevər Quluzadə hadisə yerində ölüb, digər sərnişinləri Etibar Eyvazlı və Araz Kərimli xəstəxanaya yerləşdiriliblər. E.Eyvazlı orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

AzVision.az




Teqlər: qəza   DİN  





Xəbər lenti