Tanınmışlar yayı necə keçirib? - SORĞU
- Mən bu yayı sadəcə, yoruldum.
Aqil M Quliyev: (rejissor)
- Kürdəxanı təcridxanasında.
Samirə Rüstəmova: (jurnalist)
- Mən bu yayı heç dincəlmədim, çünki yeni layihələrimi reallaşdırdım.
Sebuhi Rehimli: (“Qoroskop” qəzetinin baş redaktoru)
- Yayın ən münbit dövrü Ramazan ayına düşdü və oruclu halda harasa getmək mümkün olmur. Qalan vaxtlarda da qısamüddətli səfərlərdə oldum. Cəlilabadda, Qubada, Tərtərdə, Pirquluda, Naxçıvanda qonaq qismində iştirak etdim. İranda da ilk dəfə oldum. Çox yerini gəzdim, qohumlarımı tapdım. Onların məişəti, yaşam tərzi məndə xoş təəssürat oyatdı. Naxçıvanda olanda Türkiyənin Iğdır və Qars şəhərlərində də oldum. Qars Qalasının möhtəşəmliyinə şahid oldum. 2 gun orda normal istirahət etdim. Amma qəzetimiz cıxdığı və digər media qurumları ilə işlədiyim üçün bölgələrimizdə 3 gündən artıq qalmaq imkanım olmadı. Necə deyərlər, daha çox yol ölçdüm.
Məhsəti Şərif Özyürək: (telejurnalist)
- Mən hər il yayı İstanbulda keçirirdim. Amma bu yayı Bakıda keçirdim. Müəyyən qədər yerdəyişmə baş verib. Artıq İstanbulda yaşadığım üçün bu yay Bakıya ailəmin, dostlarımın yanına gəldim. Yay istirahətimdən məmnun qaldım.
Fatimə Fətəliyeva: (rəqqasə)
- Bu yayı əla keçirdik. Ailəmlə birliktə çox gözəl vaxt keçirdik. Ən əsası bi həftə Bodrumda da əla dincəldik.
Elgiz Əkbər: (teleaparıcı)
- Bu yayı dostlarımla birlikdə Türkiyədə Quşadasında keçirdim. Çox yaxşı istirahət etdim, özümə avropalı dostlar qazandım.
Müşviq Abbasov: (prodüsser)
- Mən bu yayı demək olar ki, dincəlmədim. Yalnız evdə, bağda oldum. Dincəlmək isə noyabr konsertimizdən sonra olacaq.
Aynur Qurbanqızı (jurnalist):
- Yay istirahəti üçün çoxsaylı planlarım olsa da, müəyyən səbəblərə görə ixtsara düşdü. Həm azadqadin.az-da görüləsi vacib işlər olduğundan, həm də tək qaldığım üçün... Təkbaşına hansısa istirahət məkanlarına getməyə həvəsim olmur. Yalnız, yayın sonu 1 həftəlik ailəmlə Lerikə getdik. Relax istirahət mərkəzində dincəldik. Çox gözəl mənzəri olan bir məkan idi. Yaşıl təbiətin qoynunda olmağın həsrətini çəkirdim, bu bir həftə təbiətə olan ehtiyacımı az da olsa ödədi. Ümid edirəm, bu yay həyata geçməyən istirahət planlarım gələn il gerçək olar.
Nəsimi Nəbizadə: (teleaparıcı)
- Heç yerdə dincələ bilmədim, bu yayı elə işdə keçirdim.
Anar Cəfərov: (teleaparıcı)
- Mən bu yayı Nabranda keçirdim, əla istirahət etdim.
Şərif Ağayar: (yazıçı)
- Demək olar ki dincəlmədim. Onca gün istirahət edə bildim. Onu da isti bir rayonda - Ağcabədidə. Ancaq havalar o qədər də qızmar olmadı. Tətilimi Haruki Murakami ilə keçirdim. Xoş oldu. Qalan vaxtı isə iş-güc və səhhətimin dalınca düşdüm. Ağır yay oldu mənim üçün. Unutmağa çalışdığım çoxlu çətinliklər yaşadım.
Rövşanə Bektaşi (teleaparıcı)
- Bir müddət İstanbulda oldum. On beş gün isə Bodrumda dincəldim. Çox gözel istirahət etdim. Xüsusən qızım istirahətin dadını cıxartdı. Dəniz keyfi onun üçün əvəzedilməz ləzzətdir. Sadəcə mən türk yeməklərini sevmədiyim üçün bir az çətin oldu... Amma Egey dənizinin "göz yaşı"təmizliyi bütün çatışmayan cəhətləri üstələdi.
Aybəniz Haşımova: (müğənni, Azərbaycan Respublikasının Əməkdar Artisti)
Mən heç bu yayı dincəlmədim. İnşallah noyabrda Amerikaya gedəcəyəm.
Səbinə Məmmədova
AzVision.az üçün
Teqlər: