Azərbaycan və İran əlaqələri genişlənir
Bunu Tehranda səfərdə olan Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov İranın İslam Əlaqələri Təşkilatının sədri Məhəmməd Baqir Xorrəmşadla bazar günü keçirdiyi görüşdə deyib.Bu barədə İRNA xəbər agentliyi məlumat verir.
İskəndərov görüşdə İran və Azərbaycan arasında dini fəaliyyətin formalaşdırılması üçün birgə işçi qrupun təşkil olunmasını təklif edib.
Görüşdə İranın İslam Əlaqələri Təşkilatının sədri Məhəmməd Baqir Xorrəmşad iki ölkə arasında dini və mədəni əlaqələrin təşkilatlandırılmasının zəruriliyindən danışıb.
O, ölkəsinin Quran fəaliyyətləri və dini kitablarının tərcüməsi sahəsində Azərbaycanla əməkdaşlıq etməyə hazır olduğunu bəyan edib.
Görüşdə həmçinin, Azərbaycan universitetlərində İslam elmləri üzrə İranın təcrübəsindən istifadə məsələsi, iki ölkə arasında dini-elmi heyətlərin və tələbələrin mübadiləsi məsələri müzakirə olunub.
Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərovun İrana rəsmi səfəri sentyabrın 14-də başlayıb.