Bu yol 4 gün bağlı olacaq

Bu yol 4 gün bağlı olacaq
  14 Avqust 2017    Oxunub:1338
Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Binəqədi rayonu Balaxanı- Binəqədi avtomobil yolunun kəsişməsindən Mehdiabad- Digah yolunun kəsişməsinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti avqustun 15-dən etibarən qismən məhdudlaşdırılacaq.
“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, sözügedən avtomobil yolunda məhdudlaşdırma təmir işləri bitənədək – yəni 4 gün avqust ayının 19- na kimi qüvvədə olacaq.

Sürücülərdən alternativ yol kimi Zabrat–Məhəmmədi–Pirşağı avtomobil yolundan istifadə etmələrini tövsiyə edilir.

AzVision.az




Teqlər: Yol   Təmir  





Xəbər lenti