Kabildəki partlayışda ölü sayı 100-ə çatıb

Kabildəki partlayışda ölü sayı 100-ə çatıb
  02 İyun 2017    Oxunub:1339
Əfqanıstanın paytaxtı Kabildə törədilən partlayış nəticəsində ölənlərin sayı artıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, ölənlərin sayı 100 nəfərə çatıb, 600 nəfər isə yaralanıb.

Məlumata görə, hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam etdirilir. Ölənlərin sayının artacağı istisna olunmur.

Qeyd edək ki, ötən gün prezident sarayı və səfirlik binaları yaxınlığında güclü partlayış törədilib. İŞİD partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

AzVision.az


Teqlər: Kabil   Partlayış   İŞİD  





Xəbər lenti